Aİ və ABŞ Kiyevə uzunmüddətli hərbi dəstək verəcək
Avropa İttifaqı (Aİ) və ABŞ Kiyevə uzunmüddətli maliyyə və hərbi dəstək verəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ liderləri oktyabrın 20-də keçiriləcək ikitərəfli sammitdə Ukraynaya uzunmüddətli maliyyə və hərbi dəstəyi açıqlayacaqlar.
Humay İSGƏNDƏRLİ