"HƏMAS-ın İsraili işğal etməsi mənim idarəmin uğursuzluğudur" - Kəşfiyyat İdarəsinin rəisi

 17:53 17.10.2023     238

İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Herzi Halevi etiraf edib ki, HƏMAS-ın İsrail ərazisini işğal etməsi onun idarəsinin uğursuzluğudur. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu məlumatı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.

"Bu 11 gün ərzində mən davamlı olaraq müharibənin başlamasının kəşfiyyat xidmətlərinin uğursuzluğu olduğunu vurğuladım. İsrail ordusu və onun komandanlığı HƏMAS-ın planlaşdırdığı terror hücumu barədə xəbərdarlıq edə bilmədi. Biz ən mühüm missiyamızı yerinə yetirə bilmədik və İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri kimi mən bu uğursuzluğa görə tam məsuliyyət daşıyıram", - deyə Herzi Halevi bildirib.

Humay İSGƏNDƏRLİ