HƏMAS liderlərindən biri öldürüldü

 18:03 17.10.2023     282

HƏMAS-ın hərbi qanadının liderlərindən biri öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat HƏMAS tərəfindən təsdiqlənib.

Məlumatda deyilir ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında HƏMAS-a məxsus hərbi hədəflərə endirdiyi aviazərbələr nəticəsində təşkilatın hərbi qanadının liderlərindən biri, zolağın mərkəzi hissəsinin komandiri Ayman Nofel öldürülüb.