Qırmızı kitaba düşən yaralı qu quşu xilas EDİLDİ

 20:49 17.10.2023     273

Saxalin sakinləri qanadından aldığı zədə səbəbindən uça bilməyən yaralı qu quşunu xilas ediblər. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, quş adanın Nevelski rayonunda sahildə görünüb. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Qu quşu insanlara müqavimət göstərib, yalnız axşam tutulub. Xəsarət alan quş aparılaraq həkimlərə təhvil verilib. 

Qeyd olunur ki, qu quşunun bu yarımnövü Rusiyanın Qırmızı Kitabına daxil edilib.

Yusif EYVAZLI