İsraildə həlak olan ukraynalıların sayı açıqlandı
İsraildə HƏMAS-ın oktyabrın 7-də işğalı başlamasından sonra artıq 13 Ukrayna vətəndaşı həlak olub.
Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.
Qeyd edilib ki, Zelenskaya İsrailin birinci xanımı Mixal Hersoqla telefon danışığı aparıb.
"Oktyabrın 17-nə olan məlumata görə, 13 Ukrayna vətəndaşının ölümü təsdiqlənib (cəsədlərin tanınması davam edir, məlumatlar hər gün dəyişir), bir oğlan yaralanıb, anası terrorçuların əlində həlak olub. Uşağa tibbi və psixoloji yardım göstərilir" - Zelenskaya bildirib.
O, həmçinin aydınlaşdırıb ki, ümumilikdə 436 Ukrayna vətəndaşı artıq İsraildən təxliyə edilib.
Turan İSMAYIL