Rusiyanın bu vilayətində PUA vuruldu

 22:36 17.10.2023     278

Rusiyanın Belqorod vilayətində hava hücumundan müdafiə sistemi təyyarə tipli dronu vurub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

"Belqorod vilayətində təyyarə tipli PUA hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Əməliyyat xidmətləri yerdəki fəsadlar barədə məlumatları dəqiqləşdirir", - qubernator yazıb.

Qladkov qeyd edib ki, ilkin məlumatlara görə, bölgədə tələfat və dağıntı yoxdur.

Turan İSMAYIL