"İsrailin Qəzza xəstəxanasında yüzlərlə insanı öldürməsi soyqırım cinayətidir" - HƏMAS

 22:58 17.10.2023     306

İsrailin Qəzza şəhərində xəstəxanaya hücumu, yüzlərlə insanın ölümünə səbəb olan soyqırım cinayətidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu bəyanatla Fələstinin HƏMAS təşkilatı çıxış edib.

“Əksəriyyəti köçkün ailələr, qadınlar və uşaqlardan ibarət yüzlərlə insanın ölümünə səbəb olan Qəzzada xəstəxanaya hücum soyqırım cinayətidir”, - HƏMAS Teleqram kanalında dərc edilən bəyanatda deyilir.

Hərəkat beynəlxalq ictimaiyyətə, ərəb və islam ölkələrinə müraciət edərək, İsrail hakimiyyətinin təcavüzünü dayandırmaq və onları məsuliyyətə cəlb etmək üçün “məsuliyyəti öz üzərinə götürməyə və dərhal müdaxilə etməyə” çağırıb.

"Al Hadath" telekanalının verdiyi məlumata görə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin mərkəzi ərazilərinə silsilə hücumlar həyata keçirib, bu zaman Əl-Maamadani xəstəxanasının ərazisinə raket zərbələri endirilib. Nəticədə telekanalın tibbi mənbələrindən verilən məlumata görə, ölənlərin sayı 300-ü keçib. Şahidlər Al Hadath-a bildiriblər ki, ölən və yaralananların sayı 500-ü keçə bilər.

Bundan əvvəl Fələstinin səhiyyə naziri May Kaile telekanala bildirib ki, İsrail komandanlığı tibb işçilərinin HƏMAS-a qarşı hərbi əməliyyatlar çərçivəsində hədəf alınacaq Qəzza zolağındakı 20 xəstəxananın binalarını tərk etməsini tələb edib.

T.İSMAYIL