Ərdoğan İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını PİSLƏDİ

 23:12 17.10.2023     252

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib.

Redaktor.az xəbər verir ki,  bununla bağlı dövlət başçısının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, qadınların, uşaqların və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir: “Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm” (apa).