İranda gün ərzində dördüncü zəlzələ baş verdi

 23:44 17.10.2023     255

İranda gün ərzində eyni şəhərdə dördüncü zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, 5,4 bal gücündə olan zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İranın cənubunda, Bəndər-Abbas şəhərindən 61 km şimal-qərbdə qeydə alınıb.

Bundan əvvəl Bəndər-Abbas şəhərində 5,3,5,2 və 5,5 bal gücündə zəlzələ olub (report).