Hizbullah bu tarixi İsrailə qarşı “qəzəb günü” elan etdi

 09:40 18.10.2023     230

Livanın şiə Hizbullah hərəkatı Qəzzada xəstəxanaya edilən hücuma etiraz olaraq oktyabrın 18-ni  "görünməmiş qəzəb günü" elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Hizbullah bütün dünyadakı tərəfdarlarını İsrail əleyhinə etirazlara çıxmağa çağırıb. Bundan əvvəl Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də yəhudi dövlətinə qarşı nümayişlərə çağırış edib. O, fələstinliləri, xüsusilə İordan çayının qərb sahili və Qüdsdə yaşayanları etiraz əlaməti olaraq küçələrə çıxmağa çağırıb. 

Qeyd edək ki, oktyabrın 17-də ərəb mediası İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərinin mərkəzi ərazilərinə endirdiyi zərbələr zamanı raketlərin bir hissəsinin xəstəxana ərazisinə düşdüyü bildirilir.

Həmidə İBRAHİMLİ