Qəzzanın cənubunda humanitar zona yaradıldı

 09:43 18.10.2023     251

Qəzzanın cənubunda beynəlxalq yardımın göstəriləcəyi humanitar zona yaradılıb.

Redaktor.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, fələstinlilər Xan Yunis yaxınlığındakı Əl-Məvasi bölgəsindəki humanitar zonaya getməlidirlər, burada onlara ehtiyac duyulduqda beynəlxalq humanitar yardım göstəriləcək.

İsrail Müdafiə Ordusu Qəzza zolağının şimal hissəsindəki fələstinlilərə cənuba köçmək barədə də yenidən çağırış edib. Mülki əhaliyə hərbçilərin tezliklə bölgəni güclü şəkildə hədəf alacaqları barədə xəbərdarlıq edilib.