Rusiyada zəlzələ baş verdi

 10:02 18.10.2023     259

Rusiyanın Saxalin vilayətində  3,2 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, hadisə barədə Rusiya Elmlər Akademiyasından məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri Saxalin vilayətinin Xolmski rayonunun Pionerlər kəndindən 10 kilometr şimal-şərqdə, mənbə isə 12 kilometr dərinlikdə yerləşib.

Həmidə İBRAHİMLİ