"Qəzzada xəstəxanaya hücum edənlər məsuliyyətə cəlb olunmalıdır"

 11:21 18.10.2023     236

"Qəzzada xəstəxananın vurulması ilə bağlı bütün faktların hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması vacibdir".

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında yazıb.

Onun sözlərinə görə, günahsız mülki şəxslər və tibb işçiləri olan bir obyekti vurmaq üçün heç bir ağlabatan səbəb yoxdur: "Qəzzada Əl-Əhli xəstəxanasına edilən faciəli hücum qarşısında dəhşətə gəlmişik. Mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa uyğun deyil. Biz Qəzza zolağında humanitar yardımın əlçatanlığının dərhal təmin edilməsinə çağırırıq".