Livanda ABŞ səfirliyinə hücum olub

 11:59 18.10.2023     198

Livanın paytaxtı Beyrutda ABŞ səfirliyinə hücum edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Livan polisi ABŞ səfirliyinə basqın etməyə cəhd edən fəallara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Bildirilib ki, təhlükəsizlik qüvvələri diplomatik nümayəndəliyin ərazisinə gedən keçidləri tikanlı məftillər və dəmir qalxanlarla bağlayıb.