Qəzzadakı xəstəxananın vurulması ilə bağlı ŞOK SƏS YAZISI - VİDEO

 12:39 18.10.2023     217

İsrail ordusu oktyabrın 17-də Qəzzada yerləşən xəstəxananın vurulması ilə bağlı səs yazısı yayıb.

Redaktor.az Globalinfo-ya istinadən xəbər verir ki, ordu sözçüsü Daniel Haqari səs yazısının iki HƏMAS üzvü arasında keçən telefon danışığından bir hissə olduğunu bildirib.

Məlumatda “İslami cihad” qruplaşmasına aid raketin İsrailə uğursuz hücum zamanı xəstəxanaya düşdüyü deyilir.

Danışıq zamanı qruplaşmanın üzvü olduğu bildirilən şəxslərdən biri digərinə “Onlar raketi xəstəxananın arxasındakı məzarlıqdan atdılar, lakin hücum uğursuz oldu və xəstəxanaya düşdü. Raketin parçaları İsrailə aid deyil, yerlidir. Həmin raket “İslami cihad”a məxsusdur” deyir.

Qeyd edək ki, dünən Qəzzadakı Əhli-Ərəb Xəstəxanasının raketlə vurulması nəticəsində 800 nəfərdən çox mülki insan həyatını itirib. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.