“ABŞ İsrailə lazım olan yardımı göstərəcək”
“ABŞ İsrailin yanındadır”.
Redaktor.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə bəyanatında çıxışı zamanı deyib.
O bildirib ki, İsrail xalqının cəsarətini təqdir edir.
C.Bayden İsrailin özünümüdafiə haqqının olduğunu söyləyib: “Onu da deyim ki, HƏMAS bütün Fələstini təmsil etmir”.
Birləşmiş Ştatlar lideri söyləyib ki, Ağ ev İsrailin müdafiəsi üçün lazım olan yardımı göstərəcək. O, həmçinin səfərinin məqsədinin ABŞ-ın İsraili dəstəklədiyini dünyaya nümayiş etdirmək olduğunu deyib.
ABŞ Prezidenti Qəzzadakı xəstəxanaya hücum barədə də danışıb. O, bunu partlayışla əlaqələndirib: “Görünən odur ki, xəstəxanaya hücumu siz (red: İsrail) yox, qarşı tərəf həyata keçirib. Amma bir çox adam buna inanmır”.