Qəzzada xəstəxanaya hücumun videosu İsrailin iki rəsmi hesabından silindi

 15:09 18.10.2023     254

Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına hücumun anklavdan həyata keçirildiyini iddia edən video İsrail Dövlətinin və İsrailin ABŞ-dakı səfiri Maykl Hersoqun X sosial şəbəkəsindəki rəsmi səhifələrindən silinib. 

Redaktor.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

Bildirilib ki, rəsmi səhifələrdə xəstəxananın Qəzza zolağından raketlə vurulduğu iddia edilən video yayımlanıb. Bununla belə, "The New York Times" qəzetinin jurnalisti Arik Toler videodakı vaxt möhürlərinə görə görüntülərin düzgünlüyünü mübahisələndirib. Qəzet yazır ki, Tolerin sözlərinə görə, video xəstəxanada baş verən partlayışdan ən azı 40 dəqiqə sonra qeydə alınıb. Jurnal qeyd edir ki, video daha sonra səbəb göstərilmədən iki hesabdan silinib.

İsrail Ordusu Ehtiyat Qüvvəsinin sözçüsü Conatan Konrikus videonun yayılmasına görə İsrail Xarici İşlər Nazirliyini günahlandırıb. "Bizim fikrimizcə, İsrail Ordusu belə bir şey dərc etməyib və siz onlardan (XİN-dən) nə baş verdiyini, məlumatı niyə yerləşdirdiklərini, nə üçün silindiyini soruşmalısınız. Əminəm ki, onları məlumatların dəqiqliyi və etibarlılığı maraqlandırır" - deyə o, "Newsweek"ə mübahisəsində bildirib.

“Məlumat yoxlanılmayana qədər rəsmi hesablarımızda heç nə yerləşdirilmir”, o vurğulayıb.

Turan İSMAYIL