"ABŞ İsrailin yanında olacaq" - Bayden söz verdi

 15:58 18.10.2023     241

"HƏMAS-ın etdikləri təsəvvürəgəlməzdir".

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden İsraildə müharibə kabineti ilə görüş zamanı deyib.

“Bilməyinizi istəyirəm ki, siz tək deyilsiniz! Daha əvvəl də bəyan etdiyim kimi, biz İsrailin arxasında dayanmağa davam edəcəyik. Siz öz xalqınızı qoruyursunuz. Biz sizinlə və regiondakı tərəfdaşlarımızla günahsız mülki insanlara qarşı faciələrin qarşısını almaq üçün çalışmağa davam edəcəyik” - Amerika lideri bildirib.

Bayden qeyd edib ki, 75 il əvvəl İsrail dövlətinin əsasını qoyanlar bunun azadlığa, ədalətə və sülhə əsaslanacağını elan edib. O, əlavə edib ki, ABŞ bu prinsiplərin qorunması üçün İsrailin yanında olacaq.

“Bu gün, sabah və həmişə! Mən sizə söz verirəm”, - Bayden qeyd edib.