Artsrun Hovhannisyana yeni vəzifə VERİLDİ

 17:13 18.10.2023     385

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovhannisyan sentyabrın əvvəlindnə yeni vəzifəyə təyinat alıb.

Redaktor.az bu barədə “Hraparak”a istinadən xəbər verir.

O, Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin komanda-qərargah şöbəsinin rəisi təyin edilib.

Artsrun hərbi fənlərdən dərs deyəcək.

Xatırladaq ki, bundan əvvəl o, Milli Assambleyanın Müdafiə və Təhlükəsizlik daimi komissiyasında hərbi ekspert vəzifəsində çalışıb.

NƏRGİZ