Qəzzada vəziyyət nəzarətdən çıxıb

 17:22 18.10.2023     217

Qəzzada vəziyyət nəzarətdən çıxıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Qəzza zolağına həyati əhəmiyyətli malların çatdırılmasına dərhal çıxışın təmin edilməsini xahiş edir.

O, bu barədə "X" sosial şəbəkəsində yazıb.

“Qəzzada vəziyyət nəzarətdən çıxır. Oraya tibbi yardım göndərmək üçün hər saniyə gözlədiyimiz zaman həyatlarımızı itiririk. Son dörd gündə ÜTT-nin yükləri sərhəddə (Misirlə - red.) bloklanıb. Həyati vacib yükləri çatdırmağa başlamaq üçün bizə təcili giriş lazımdır”, - mesajda deyilir.

NƏRGİZ