ABŞ İsraillə bağlı qətnaməyə veto qoydu

 21:47 18.10.2023     244

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Braziliyanın İsraillə bağlı qətnaməsinə veto qoyub.

Redaktor.az xəbər verir ki, qətnamə İsraili fələstinlilərin Qəzza zolağının cənubuna köçməsi əmrini ləğv etməyə çağırırdı.

Rusiya və Böyük Britaniya qətnaməyə səsvermədə bitərəf qalıb.

BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 12-si qətnamənin qəbul edilməsinə səs verib: Albaniya, Braziliya, Qabon, Qana, Çin, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İsveçrə, Ekvador, Yaponiya.