ABŞ-da 4,1 bal gücündə zəlzələ BAŞ VERDİ

 22:00 18.10.2023     271

Kaliforniya ştatında 4,1 bal gücündə zəlzələ qeydə alınıb. 

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin episentri İsleton şəhərindən 4,5 km cənub-qərbdə olub. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Yusif EYVAZLI