Minə yaxın rusiyalı Qəzzadan çıxa bilmir

 23:34 18.10.2023     245

Min nəfərə yaxın rusiyalı və onların ailə üzvləri Qəzza zolağının cənubunda blokadanın girovu olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Yaxın Şərqdəki vəziyyətlə bağlı dünya təşkilatının Təhlükəsizlik Şurasının (TŞ) iclasında deyib.

"Sektorun 2 milyondan çox sakini su, qida, tibbi yardım, yanacaq və işıqsız qalıb. Misirlə sərhəddə yerləşən yeganə nəzarət-buraxılış məntəqəsi Rəfah yenidən raket hücumuna məruz qalıb, humanitar ləvazimatların çatdırılması və heç vaxt dinc əhalinin çıxışı üçün açılmayıb. Əslində Qəzzanın blokadası minə yaxın Rusiya vətəndaşı və onların ailə üzvlərini hərbçilərin girovuna çevrilib”, – diplomat bildirib.

Bundan əvvəl Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirmişdi ki, Rusiya və digər MDB ölkələrinin minə yaxın vətəndaşı, o cümlədən onların ailə üzvləri Qəzza zolağının cənubunda Rəfah sərhəd keçidinin açılmasını gözləyirlər. Onun sözlərinə görə, Qəzza zolağının cənubunda vəziyyət “fəlakətə yaxındır”.

T.İSMAYIL