"İsrailə dəstək münaqişəyə yeni oyunçuların daxil olmasına səbəb ola bilər"

 11:00 19.10.2023     230

Digər ölkələrin İsraili dəstəkləməsi onun Fələstinin radikal HƏMAS hərəkatı ilə münaqişəsinə yeni oyunçuların daxil olmasına səbəb ola bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu xəbərdarlığı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı zamanı edib.

“Sionist rejimin (İsrail nəzərdə tutulur) cinayətlərinin davam etməsi, onun birbaşa dəstəyi və digər dövlətlərin köməyi vəziyyəti çətinləşdirir və arenaya yeni oyunçuların daxil olmasına səbəb ola bilər”, - deyə Baqiri bildirib.

T.İSMAYIL