Qəzzadakı girovların sayı 203 nəfərə çatıb

 12:44 19.10.2023     210

Qəzzada HƏMAS qruplaşması tərəfindən girov saxlanılan şəxslərin təsdiqlənmiş sayı 203 nəfərə çatıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, oktyabrın 7-dən bu günə qədər 306 israilli hərbçi həlak olub. 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.