Baydenin Yaxın Şərqdə vasitəçilik cəhdi uğursuz olub

 13:12 19.10.2023     203

ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqdə vasitəçilik cəhdi uğursuz olub.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri yazıb.

Nəşrin yazdığına əsasən, Baydenin İsrail hökumətinə təzyiq və ərəb ölkələri liderləri ilə dialoq cəhdləri regionda gərginliyi azaltmayıb.

Qeyd olunub ki, Bayden hazırda uğursuzluğa düçar olan Yaxın Şərq siyasətini qoruyub saxlamağa çalışıb. ABŞ tərəfindən BMT Təhlükəsizlik Şurasının atəşkəsə çağıran qətnaməsinə veto qoyması isə vəziyyəti daha da pisləşdirib.

Nəşr belə hesab edir ki, ərəb ölkələrinin narazılığı ABŞ-nin regiondakı xarici siyasətinin əsas istiqaməti olan Səudiyyə Ərəbistanı ilə İsrail arasında barışığın qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb ola bilər.

ABŞ administrasiyasının İsrailə yaxınlarda ölkədə başlayacağı gözlənilən seçki kampaniyası zamanı Bayden üçün daxili cəbhədə də problemlər yarada bilər.