Türkiyə Qəzzaya üzən xəstəxana göndərir

 15:18 19.10.2023     203

Türkiyə ordusu Fələstin-İsrail münaqişəsi zonasından insanları təxliyə etməyə və Qəzzada humanitar missiyanı davam etdirməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb.

Departamentdən bildirilib ki, bu günə kimi Qəzza sakinləri üçün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə ilə Misirə humanitar yardım çatdırılıb. Bundan başqa, Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi də Liviyaya yardım çatdırıb.

Daha əvvəl verilən məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca Misirin səhiyyə naziri Xalid Abdel Qaffar ilə telefon danışığında Ankaranın bölgəyə üzən xəstəxana göndərməyə, əgər mümkünsə, səhra xəstəxanası yaratmağa hazır olduğunu bildirib.

"Zərurət yaransın, ağır yaralılar Türkiyəyə aparılsın, Qəzza sakinlərinə dərman və avadanlıqla yardım göstərilsin"-deyə məlumatda qeyd olunur.

NƏRGİZ