ABŞ-ın göndərdiyi zirehli texnikaların ilk partiyası artıq İsraildədir

 17:49 19.10.2023     402

ABŞ-ın göndərdiyi zirehli texnikaların ilk partiyası İsrailə gəlib.

Redaktor.az “Times of Israel”ə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Amerika təyyarəsi oktyabrın 7-də başlayan döyüşlər zamanı zədələnən avtomobilləri əvəz etməli olan İsrail hərbçiləri üçün zirehli texnika yükü ilə Ben Qurion hava limanına eniş edib.

Məlumata görə, sonrakı tədarüklərə zirehli təcili yardım maşınları, yük maşınları və mühəndis avadanlıqları da daxildir.

NƏRGİZ