Şəhərdə ayı yaşlı qadını PARÇALADI

 19:58 19.10.2023     387

Yaponiyada ayı yaşlı qadını parçalayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Toyama şəhərinin yaşlı sakini polisə zəng edərək həyat yoldaşının yoxa çıxdığını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yerli ərazidə axtarış aparıb və tezliklə başında yara olan qadını aşkar ediblər. Həkimlər artıq ona kömək edə bilməyiblər.

Səlahiyyətlilər dərhal təqaüdçüyə ayının hücum etdiyini ehtimal ediblər. Qadın yoxa çıxmazdan yarım saat əvvəl polis ərazidə heyvan peyda olması ilə bağlı xəbərdarlıq edib və sakinlərdən xüsusi diqqətli olmalarını istəyib. Hücum Toyama şəhərinin mərkəzindən on kilometr aralıda yerləşən, əhalinin sıx məskunlaşdığı ərazidə baş verib.

Yusif EYVAZLI