ÜST həm COVID-19, həm də qripə qarşı peyvənd etməyi tövsiyə edir

 20:24 19.10.2023     297

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus həm Covid, həm də qripə qarşı peyvənd etməyi tövsiyə edib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Cenevrədə keçirilən brifinqdə o, dünyada COVID-19-dan xəstəxanaya yerləşdirilmələrin və ölüm hallarının artmasına, eləcə də Şimal yarımkürəsində yaxınlaşan “qrip mövsümü”nə diqqət çəkib.

"Qrip və COVID-19-un eyni vaxtda dövriyyəsi səhiyyə sistemlərində əhəmiyyətli pozuntulara səbəb ola bilər. Hazırkı vəziyyətdə ÜST xüsusilə yüksək risk qrupları üçün həm qripə, həm də COVID-19-a qarşı peyvənd etməyi tövsiyə edir", - ÜST rəhbəri bildirib. 

Onun sözlərinə görə, qripə yoluxma halları indi koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb".

Yusif EYVAZLI