ABŞ BMT-də Fələstinlə bağlı qətnaməyə niyə veto qoyub? - AÇIQLAMA

 23:25 19.10.2023     353

BMT-nin Yaxın Şərq qətnaməsi layihəsində İsrailin özünümüdafiəsinin tanınması yer almırdı və bu, ABŞ tərəfindən onun bloklanmasına səbəb olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə danışıb.

"Biz çox təəssüf edirik ki, bu qətnamə İsrailin bu terror hücumları qarşısında özünümüdafiə hüququnu tanımır. Biz hesab edirik ki, bu, mühüm yanaşmadır. İsrail böyük bir terror hücumuna məruz qalıb. ABŞ-da 11 sentyabr 2001-ci il silsilə terror aktlarının nəticələrindən 10-15 dəfə böyükdür, əgər bir sakin baxımından nəzərə alınsa. İstənilən ölkə belə vəziyyətlərdə özünü müdafiə edəcək” - diplomat iddia edib.

“Bizim vetodan istifadə etməyimizin digər səbəbi, hazırda bu məsələ ilə bağlı diplomatik işin davam etməsidir, mülki əhalinin təhlükəsiz olacağı zonalar yaratmaq cəhdidir”, - Miller bildirib.

Xatırladaq ki, oktyabrın 17-də BMT Təhlükəsizlik Şurası Rusiyanın Fələstin-İsrail münaqişəsinə dair qətnamə layihəsini qəbul etməyib. Sənədə beş ölkə səs verib: Rusiya, Çin, Qabon, Mozambik, BƏƏ. Altı ölkə - Albaniya, Braziliya, Qana, Malta, İsveçrə, Ekvador bitərəf qalıb. Dörd dövlət - Böyük Britaniya, ABŞ, Fransa və Yaponiya buna qarşı çıxıb. Bundan sonra Braziliya ABŞ tərəfindən veto qoyulan öz qətnamə layihəsini təklif edib. BMT Təhlükəsizlik Şurasının 12 üzvü qətnamə layihəsinin lehinə səs verib, Böyük Britaniya və Rusiya səsvermədə bitərəf qalıb, yalnız ABŞ buna qarşı çıxıb.

Turan İSMAYIL