Zelenski ATACMS raketlərinə görə Baydenə təşəkkür etdi

 23:32 19.10.2023     432

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden arasında telefon danışığı olub. Müzakirə mövzularından biri də ATACMS uzaqmənzilli raketlər olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özünün "X" hesabında yazıb.

Zelenski qeyd edib ki, o, Baydenə son müdafiə razılaşmalarını yerinə yetirdiyinə görə təşəkkür edib.

"Ukraynalılar ATACMS raketlərini almaqdan çox ruhlandılar və əsgərlərimiz onlardan döyüş meydanında uğurla istifadə edir. Biz uzaq mənzilli imkanlarımızı daha da gücləndirməyi müzakirə etdik", - prezident bildirib.

O, ABŞ prezidentinə Ukraynanın yenidən qurulması üzrə xüsusi nümayəndəsi Penni Pritzkerin bu yaxınlarda etdiyi səfərə görə təşəkkür etdiyini, səfər zamanı Rusiya aktivlərinin istifadəsi ilə bağlı danışıqların başladığını bildirib.

Həmçinin müzakirələr zamanı liderlər Ali Radanın qəbul etdiyi siyasi ifşa olunmuş şəxslər haqqında qanuna da toxunublar. İslahatları irəli aparmaq və Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq lazımdır.

Zelenski deyib ki, o, Baydenlə sülh formulunun təşviqini müzakirə edib və ABŞ-ın oktyabrın sonunda Maltada keçiriləcək məsləhətçilərin növbəti toplantısında xüsusi nümayəndəsinin iştirak etməsi qərarını alqışlayıb.

“Ukrayna azadlıq uğrunda və Rusiyanın təcavüzünə qarşı mübarizəmizdə ABŞ-ın həyati və davamlı dəstəyinə görə minnətdardır”, - deyə dövlət başçısı yekunlaşdırıb.

Xatırladaq ki, Zelenski ilə Bayden sonuncu dəfə sentyabrın sonunda Ukrayna liderinin ABŞ-a səfəri zamanı danışıqlar aparmışdı.

Sonra prezidentlər xüsusilə Ukraynaya hərbi yardımı müzakirə ediblər. Sonradan məlum olduğu kimi, Bayden və Zelenski ATACMS uzaqmənzilli raketlərini ordumuza təhvil verməyə razılaşıblar.

Belə silahlar artıq Ukraynaya çatdırılıb. Ukrayna Silahlı Qüvvələrinin qırıcıları bir müddət əvvəl bundan müvəqqəti işğal olunmuş Luqansk və Berdyansk aerodromlarına hücum etmək üçün istifadə ediblər.

Turan İSMAYIL