ABŞ-ın hərbi bazası “Qrad” atəşinə tutuldu

 23:38 19.10.2023     443

ABŞ-ın İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazası “Qrad” reaktiv yaylım atəşinə məruz qalıb.

Redaktor.az xəbər verir ki, "Shafaq News" xəbər portalının məlumatına görə, onun ərazisində bir neçə raket partlayıb. Hücumun başqa təfərrüatları açıqlanmayıb.

"Al Mayadeen" telekanalının məlumatına görə, hücumda pilotsuz uçuş aparatları da iştirak edib.

Bundan əvvəl hücum ABŞ və Qərb koalisiyasının Suriya ilə sərhəddə yerləşən Əl-Tanf şəhərindəki bazasına (Dəməşqdən 250 km məsafədə) həyata keçirilib. Buna görə məsuliyyəti İŞİD terrorçularına qarşı döyüşən şiə silahlı qruplarının döyüşçülərinin daxil olduğu İraqın İslam Müqaviməti hərəkatı öz üzərinə götürüb.

T.İSMAYIL