ABŞ Konqresində bir ay ərzində ikinci spiker istefası

 09:45 20.10.2023     237

ABŞ Konqresinin Nümayəndələr Palatasının müvəqqəti spikeri respublikaçı Patrik MakHenri istefa verməklə hədələyir.

Redaktor.az bu barədə "NBC News"a istinadla xəbər verir.

"Cümə axşamı günü qapalı iclasda Patrik MakHenri respublikaçı həmkarlarına deyib ki, o, müvəqqəti olaraq spiker vəzifəsindən istefa verə bilər", - deyə telekanal həmsöhbətindən sitat gətirib.

Bu qərarın səbəbi kimi MakHenrinin partiya həmkarlarının daimi spiker tələb etməsi və ya müvəqqəti spikerin səlahiyyətlərini genişləndirən qanun layihəsini səsverməyə çıxarmaq cəhdi olduğu bildirilir. Qeyd olunur ki, siyasətçi belə bir presedentin əleyhinədir və hesab edir ki, bu, gələcəkdə spikerlərin seçilməsində ehtiyacın itirilməsinə gətirib çıxaracaq.

Həmidə İBRAHİMLİ