HƏMAS silahlılarının raket zərbələri zərərsizləşdirildi

 09:56 20.10.2023     281

İsrail ordusu HƏMAS silahlılarının təyyarəyə raket zərbələri endirməyə cəhd etdiyini bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bir qrup Həmas yaraqlısı təyyarəyə raket zərbələri endirməyə cəhd edib:

“HƏMAS-ın hava birləşmələrinə aid bir terrorçu birlik təyyarəni raket atəşinə tutmağa cəhd etdikdən sonra Qəzza şəhərinə hədəflənmiş zərbə nəticəsində zərərsizləşdirilib”.

NƏRGİZ