Norveç də Ermənistana pul ayırdı
Norveç hökuməti Avropa Şurasının (AŞ) Ermənistan üçün 2023-2026-cı illər üzrə Fəaliyyət Planına 32 milyon kron (2 milyon 769 min avro) vəsait ayırıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa Şurasının mətbuat katibi bildirib.
Onun sözlərinə görə, Norveçin Avropa Şurasındakı daimi nümayəndəsi Helge Seland məsələ ilə əlaqədar Avropa Şurası baş katibinin müavini Byorn Berge ilə görüşüb.