"Düşünürəm ki, Avropada çoxları Ukraynadan bezib" - Lavrov

 13:58 20.10.2023     404

Avropa ölkələrinin hakimiyyət orqanları öz-özünə hipnozla məşğul olur, Ukraynanın döyüş meydanında qalib gələcəyinə özlərini inandırmağa çalışırlar.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, onlar Ukraynanın döyüş meydanında qalib gələcəyinə inanırlar. Lakin bunun baş verməsi üçün hər şeyi etməlidirlər.

“Düşünürəm ki, Avropada çoxları Ukraynadan bezib. Onlar özünü hipnozla hələ də bu vəziyyətdə ayaqda saxlamağa çalışırlar”, - Lavrov bildirib.

NƏRGİZ