Kanada 41 diplomatını Hindistandan çıxartdı

 15:26 20.10.2023     258

Yeni Dehlinin diplomatik toxunulmazlıqlarını ləğv etməklə hədələməsindən sonra Kanada 41 diplomatı və onların ailə üzvlərini Hindistandan geri çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu addım Hindistandakı Kanada diplomatlarının sayını təxminən üçdə iki dəfə azaltdı. Nəticədə Kanada Banqalor, Çandiqarh və Mumbaydakı konsulluqlarında şəxsi xidmətləri müvəqqəti olaraq dayandırmalı olub.