İsrailin Qəzzada əməliyyat keçirməkdən başqa çarəsi yoxdur - General

 16:19 20.10.2023     322

İsrailin Qəzzada əməliyyat keçirməkdən başqa çarəsi yoxdur.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu fikri 2022-ci ilə qədər Yaxın Şərqdəki Amerika qoşunlarına rəhbərlik edən istefada olan general Frenk Makkenzi deyib.

General bildirib ki, İsrailin Fələstinli Həmas yaraqlılarını və digər qrupları cilovlamaq siyasəti uğursuzluğa düçar olduğu üçün yəhudi dövlətinin Qəzza zolağına hücuma keçməkdən başqa yolu qalmayacaq:

"İsrailin başqa seçimi yoxdur. Onların çəkindirmə modeli uğursuzluğa düçar olub. Bu modelin mərkəzində belə bir fikir var idi: "Əgər bizə müdaxilə etsəniz, sizi öldürəcəyik". Çəkindirmə imkanlarını bərpa etmək məcburiyyətindədirlər”, - deyə o, “Foreign Policy” jurnalına deyib.

NƏRGİZ