Rusiyanın IBSA-ya üzvlüyü dayandırıldı

 16:54 20.10.2023     328

Azərbaycanlı funksioner İlqar Rəhimovun prezidenti olduğu Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) Rusiya və Belarusun quruma üzvlüyünü dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə IBSA-nın İcraiyyə Şurası qərar çıxarıb.

Hər iki ölkənin üzvülüyünün 2 il müddətinə qismən dayandırıldığı vurğulanıb.

Bundan əlavə, qurum Rusiya və Belarus idmançılarının 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında neytral statusda mübarizə aparmasını dəstəkləyib.