Rusiya Aerokosmik Qüvvələrinə yeni komandir təyin edildi

 22:55 20.10.2023     461

Ordu generalı Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin yeni komandiri general-polkovnik Viktor Əfzəlov olub.

Redaktor.az xəbər verir ki, bu barədə “İzvestiya”ya istinadla məlumat verir.

Əfzəlov 1968-ci il iyunun 9-da anadan olub. 1989-cu ildə Puşkin adına Hava Hücumundan Müdafiə Radioelektronika Ali Hərbi Məktəbini bitirib. O, həmçinin Hərbi Hava Hücumundan Müdafiə Universitetində və Silahlı Qüvvələrin Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən