"Qəzzada quru əməliyyatı keçirmək üçün iki və ya üç ay vaxt lazımdır" - Ehud Barak

 23:06 20.10.2023     524

İsrailin keçmiş baş naziri (1999-2001) Ehud Barak hesab edir ki, İsrail qüvvələrinə Qəzza zolağında quru əməliyyatı keçirmək üçün iki və ya üç ay vaxt lazımdır.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Standard" qəzetinə verdiyi müsahibədə bildirib.

"HƏMAS-ın bütün hərbi potensialını havadan məhv edə bilsək, şad olardıq, lakin bu mümkün deyil. Bizə yerdə əsgər lazımdır. Ola bilsin ki, onların çoxu. Onlar ev-ev gəzəcək, bütün raket nöqtələrini məhv edəcəklər. Bu, yəqin ki, ən azı iki həftə çəkəcək. Bundan sonra Qəzzanı nəhayət HƏMAS-dan azad etmək üçün bizə yəqin ki, iki-üç ay ehtiyac olacaq" - Ehid Barak deyib.

Turan İSMAYIL