"Amerika üçün çox ağrılı vəziyyətdir" - Hakan Fidan

 23:26 20.10.2023     581

ABŞ prezidenti Co Baydenin İsrailə səfəri İsrailin Qəzzaya endirdiyi zərbələrin təsdiqi kimi qiymətləndirilə bilər.

Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber” telekanalına açıqlamasında deyib.

"Birləşmiş Ştatlar və bir sıra Qərb ölkələri öz siyasətlərində strateji baxışı rəhbər tutmurlar. İsrailə qeyd-şərtsiz dəstək məsələsi çox vaxt Amerika siyasətçiləri üçün rasional siyasət yürütmək üçün böyük maneə olur. Bu, Amerika üçün çox ağrılı vəziyyətdir. Mövcud şəraitdə bölgəyə səyahət etməklə Bayden müəyyən mənada Qəzzada dağıntıları təsdiqləyib" - nazir bildirib.

Fidan deyib ki, Türkiyə Qəzza zolağında nizamlanmanın təmin edilməsinə dair razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcək.

Turan İSMAYIL