Ermənistanda silahlı insident - Vitse-mer yaralandı

 09:37 21.10.2023     368

Ermənistanın Aştarak şəhərinin Araqatsotn rayonunda silahlı insident baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-i saat 17:00-da Qalusti Dzor istirahət zonasına gedən yolda dava baş verib. 

Belə ki, 65 yaşlı Qalust Q, onun 37 yaşlı oğlu Hayk Q və Aştarak icmasının başçısı Tovmas Ş. torpaq məsələsinə görə dava ediblər.

İcma başçısının adamları yerli sakinləri döyməyə başlayıb və bu zaman 37 yaşlı Hayk Q. üzərindəki avtomatla atəş açıb. 

Güllələr Aştarak şəhərinin vitse-meri, 52 yaşlı Vardan Səfəryana və 26 yaşlı Q. Qora dəyib.

Faktla bağlı araşdırma aparılır.