İsrail Qəzzadan 550-yə yaxın uğursuz raket atışı qeydə aldı

 23:43 21.10.2023     361

Oktyabrın 7-dən indiyədək İsrail hərbçiləri Qəzza zolağından 550-yə yaxın uğursuz raket atışı qeydə alıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqari deyib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib (report).