Türkiyədə yol-nəqliyyat hadisəsində 10 nəfər yaralandı - FOTO

 23:57 21.10.2023     391

Türkiyənin Adıyaman şəhərində magistral yolda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.

Bildirilib ki, olayda üçü sürücü, yeddisi sərnişin olmaqla on nəfər yaralanıb. Yaralıların həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır (report).

2