İsrail Ordusu Misirdən üzr istədi

 20:06 22.10.2023     261

İsrail Ordusu təsadüfən sərhəddə Kerem-Şalom rayonunda Misir postunu atəşə tutub.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, İsrail Ordusunun tankı təsadüfən Kerem-Şalom rayonunda Misir postuna atəş açıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İsrail Ordusu bununla əlaqədar Misir tərəfindən üzr istəyib (apa).