Baş nazirin şəxsi telefon nömrəsi internetə sızdırılıb
Böyük Britaniyanın baş naziri Rişi Sunakın şəxsi telefon nömrəsi internetə sızdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Sun” qəzeti yazıb.
Qeyd olunub ki, bu, Sunakın illərdir istifadə etdiyi nömrədir. Belə ki, hakimiyyətə gələndə ona yeni ayrıca nömrə verilib, lakin səs yazısı nömrənin hələ də işlədiyini göstərir.
Oktyabrın 22-də “Daily Mail” qəzeti yazıb ki, Britaniya baş naziri Şimali Yorkşirdəki Kirbi-Siqston kəndində yerləşən malikanəsində təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görəcək.
Nəşrin məlumatına görə, bu qərar avqust ayında “Greenpeace” fəallarının onun ərazisinə daxil olması ilə bağlıdır. Qeyd olunub ki, söhbət uzunluğu 50 metr, hündürlüyü 1,2 metr olan taxta hasardan gedir.