İsrail təcili bomba sığınacağını təmir edir - Yeni cəbhə AÇILIR

 09:52 23.10.2023     292

İsrailin şimalında 4 minə yaxın bomba sığınacağında təcili yenidənqurma və təmir işlərinə başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın ən qədim İsrail xeyriyyə təşkilatı JNF UK və Ossim Shechuna qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən layihə Livanın şiə Hizbullah qruplaşmasının girəcəyi təqdirdə şimal cəbhəsinin mümkün açılmasına hazırlığı təmin etmək məqsədi daşıyır. 

Həmidə İBRAHİMLİ