Regionda eskalasiya İranın "arxa həyətində" bitəcək - ABŞ senatoru

 14:53 23.10.2023     331

ABŞ senatoru Lindsi Qrem bildirib ki, Yaxın Şərqdə münaqişə kəskinləşərsə, bu hərbi əməliyyatlar İranın “arxa həyətinə" keçəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, bu fikri Təl-Əvivə səfəri zamanı bildirib.

"Biz sizi izləyirik. Müharibə daha da böyüyərsə, o, sizin həyətinizə gələcək", - Qrem deyib.

Senator həmçinin qeyd edib ki, “iki deyil, üç cəbhə olacaq”. Lakin o, hansı cəbhələrdən bəhs etdiyini açıqlamayıb. 

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı mesajda ABŞ və Qərb ölkələrini İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlərdə şərik adlandırmışdı.Öz növbəsində ABŞ-ın dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində deyib ki, Birləşmiş Ştatlar iranyönlü qruplar tərəfindən Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ehtimalından narahatdır və lazım gələrsə, cavab verməyə hazırdır.

NƏRGİZ

Vumart və Güvən reklamı Vumart Güvən